Azərbaycanda pandemiya başlayandan ilk dəfə teatrda tamaşa nümayiş olunub - FOTO

Azərbaycanda pandemiya başlayandan ilk dəfə teatrda tamaşa nümayiş olunub - FOTO
# 21 sentyabr 2021 19:15 (UTC +04:00)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunub.

APA-nın xəbərinə görə, “Leyli və Məcnun” operasının nümayişi Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub və Azərbaycanda pandemiya başlayandan ilk dəfə teatrda tamaşa göstərilib.

Tamaşada əsas partiyaları Respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və Əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa edib. Tamaşada Əməkdar artistlər Təyyar Bayramov (Məcnunun atası), Cahangir Qurbanov (Nofəl) və başqaları iştirak edib. Opera tamaşasını Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Sevil Hacıyeva idarə edib.

Qeyd edək ki, dəvətnamə ilə teatra gələn tamaşaçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın koronovirusla mübarizəyə qarşı müəyyən etdiyi qaydalara uyğun olaraq zala buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR