Sorğu: Klinton Trampı 12 faiz qabaqlayır

Sorğu: Klinton Trampı 12  faiz qabaqlayır
# 23 oktyabr 2016 18:14 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı artıq 12 faiz qabaqlayır.

APA-nın məlumatına görə, ABC telekanalı tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 50 faizini, Tramp isə 38 faizini toplaya bilər.

Oktyabrın 13-də telekanalın keçirdiyi rəy sorğusunda Klintonun üstünlüyü 8 faiz təşkil edirdi.

Xatırladaq ki, ABŞ-da noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR