Heydər Əliyev Sarayı Zəfər Gününə həsr olunmuş “Qarabağ şikəstəsi” oratoriyasını təqdim edəcək

“Qarabağ şikəstəsi” oratoriyası

© APA | “Qarabağ şikəstəsi” oratoriyası

# 28 oktyabr 2021 15:23 (UTC +04:00)

Noyabrın 6-da Heydər Əliyev Sarayında Zəfər Gününə həsr olunmuş “Qarabağ şikəstəsi” oratoriyası musiqili-xoreoqrafik quruluşunun təqdim olunacaq.

Saraydan APA-ya verilən məlumata görə, konsert Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təqdimatı ilə həyata keçirilir.

“Qarabağ şikəstəsi” oratoriyası musiqili-xoreoqrafik quruluşunun bəstəkarı Xalq artisti Vasif Adıgözəlov, sözləri şair, publisist Teymur Elçinindir.

Layihənin rəhbəri və dirijoru Xalq artisti Yalçın Adıgözəlov, ssenari müəllifi Əjdər Ulduz, quruluşçu xoreoqrafı Xalq artisti Kamilla Hüseynova, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xormeystri Xalq artisti Gülbacı İmanova və quruluşçu rəssamı Fərid Nəcəfovdur.

Layihədə solistlər Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Ramil Qasımov, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Əməkdar artist Əliağa Sədiyev (tar) və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası iştirak edəcəklər.

Qeyd edək ki, “Qarabağ şikəstəsi” oratoriyası musiqili-xareoqrafik quruluşu Azərbaycan xalqının işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda apardığı qəhrəmanlıq mübarizəsini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR