MİM-də 1960-1990-cı illərdə çəkilmiş əsərlərdən ibarət sərgi açılıb - FOTO

MİM-də 1960-1990-cı illərdə çəkilmiş əsərlərdən ibarət sərgi açılıb - FOTO
# 14 oktyabr 2022 19:55 (UTC +04:00)

Mədəniyyət Nazirliyi, Cultural Network House (CNH) İctimai Birliyi və Müasir İncəsənət Muzeyinin (MİM) birgə əməkdaşlığı ilə "İkinci Nəfəs" sərgisinin açılışı olub.

APA xəbər verir ki, açılışda mədəniyyət naziri Anar Kərimovla yanaşı, ölkənin bir sıra dövlət qurumlarının, həmçinin, diplomatik korpus, dövlət və özəl müəssisələrin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Anar Kərimov layihənin incəsənətimiz üçün önəmindən və dəyərindən bəhs edib.

Sərginin nümayişi zamanı qeyd olunub ki, nümayiş olunan əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının fonduna daxil olan dəyərli sənət əsərləridir. Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda Azərbaycan rəssamlarının yaratdıqları 10 mindən artıq nadir sənət inciləri olan rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub saxlanılır.

CNH öz fəaliyyətində incəsənətin bütün sahələrinə olduğu kimi, rəssamlıq sahəsinə də çox böyük önəm verir. Məhz bu səbəbdən, İctimai birliyin sədri Aynur Süleymanzadənin rəhbərliyi ilə 7 ay ərzində hazırlanan bu layihədə əsərlər bərpa olunaraq, onlara yeni nəfəs verilib.

Qeyd edək ki, ümumilikdə 41 rəssamın 1960-90-cı illər arasında çəkdiyi 72 əsər seçilərək sərgiyə təqdim olunub. Rəssamlar arasında Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Salam Salamzadə, Baba Əliyev, Xalidə Səfərova, Lətif Feyzullayev, Elmira Şaxtaxtinskaya, Oqtay Sadıxzadə, Oqtay Şıxəliyev, Hafiz Məmmədov, Mikail Abdullayev və digər rəssamlar yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR