Gömrük əməkdaşları veteranlarla görüşüb

Gömrük əməkdaşları veteranlarla görüşüb
# 04 may 2017 12:52 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları faşizm üzərində qələbənin 72 illiyi münasibətilə müharibə veteranları ilə görüşüb.

 

DGK-nın Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu gün keçirilən görüş Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətində təşkil olunub.

 

DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini Güloğlan Muradlı faşizm üzərində tarixi qələbə günü münasibətilə veteranları təbrik edib, O, DGK sədri Aydın Əliyevin təbrik məktubunu oxuyub.

 

G. Muradlı 1941-1945-ci illər müharibəsində qələbənin tarixi əhəmiyyətindən danışıb, bu müharibədə Azərbaycan övladlarının göstərdiyi qəhrəmanlığın unudulmayacağını və hər zaman gənc nəslə vətənpərvərlik nümunəsi olacağını vurğulayıb.

 

Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən veteranlar qanlı-qadalı illərin yaddaşlarında yaşayan anlarını xatırlayıb, faşizm üzərində qələbəyə Azərbaycan xalqının böyük töhfə verdiyini qeyd ediblər. Onlar həmçinin Milli Ordumuzun aprel döyüşlərində erməni işğalçıları üzərində şanlı hərbi qələbəsindən qürur duyduqlarını və Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında qalan bütün ərazilərimizin azad olunacağına inandıqlarını bildiriblər.

 

Tədbirin sonunda veteranlara gül-çiçək dəstələri və hədiyyələr təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR