19 Mayıs Universitetinin xor qrupu Bakıda konsert proqramı ilə çıxış edəcək

19 Mayıs Universitetinin xor qrupu Bakıda konsert proqramı ilə çıxış edəcək
# 25 iyun 2013 11:58 (UTC +04:00)

Bakı. Turan Şakir-APA. İyunun 26-da Türkiyənin Bakıdakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə musiqi festivalı keçiriləcək. APA-nın məlumatına görə, festival çərçivəsində 19 Mayıs Universitetinin 41 nəfərdən ibarət xor qrupu Metin Solmazın rəhbərliyi ilə türk sənət musiqisinin görkəmli nümayəndələrinin seçilmiş əsərlərindən ibarət konsert proqramı ilə çıxış edəcək. Tədbirdə Türkiyə Cümhuriyyəti dövlət sənətçiləri də iştirak edəcəklər.


İki hissədən ibarət konsertdə 23 xalq mahnısı səsləndiriləcək. Daha sonra 41 nəfərdən ibarət olan heyət 3 gün Azərbaycanın müxtəlif tarixi abidələrini ziyarət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR