“Şah və Şair” tamaşasının premyerası olub

“Şah və Şair” tamaşasının premyerası olub
# 22 may 2013 20:43 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Bu gün Azərbaycan Dövlət Milli Akademik Dram teatrında yazıçı Kamal Abdullanın “Hamı səni sevənlər burdadır” pyesi əsasında hazırlanmış “Şah və şair” tamaşasının premyerası keçirilib. APA-nın məlumatına görə, quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, işıq üzrə rəssamı isə Rəfael Həsənov olan, tamaşada rolları əməkdar artistlər Vidadi Həsənov, Elşən Rüstəmov, Ayşad Məmmədov, aktyorlar Hikmət Rəhimov, İlahə Həsənova, Oktay Mehdiyev və başqaları ifa edib.

Qeyd edək ki, tamaşanın janrı iki hissəli xəyali oyun kimi təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR