“Sarı gəlin. Azərbaycanda muğam - caz” filminin təqdimatı keçirilib

“Sarı gəlin. Azərbaycanda muğam - caz” filminin təqdimatı keçirilib
# 14 noyabr 2012 18:46 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bakıda “Nizami” kinoteatrında alman rejissoru Klaus Bernhardtın “Sarı gəlin. Azərbaycanda muğam - caz” filminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə qonaqları Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle salamlayıblar. Vaqif Əliyev çıxışında qeyd edib ki, film yalnız Azərbaycanda təqdim olunmayacaq, “Sarı gəlin. Azərbaycanda muğam - caz” lentinin yayılma məkanı genişlənəcək.

Səfir Herbert Kvelle isə vurğulayıb ki, yeni film Azərbaycan üçün dünyaya yeni qapılar açacaq: “Artıq rejissor Klaus Bernhard Azərbaycan musiqisinin səfiri adlana bilər”, deyən səfir bu filmi yaradanlara öz təşəkkürlərini bildirib. Xatırladaq ki, film Azərbaycan Mədəniyyət və turizm Nazirliyinin dəstəyilə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR