"Ana yurdum" adlı muğam diski təqdim olunacaq

"Ana yurdum" adlı muğam diski təqdim olunacaq
# 12 iyul 2014 16:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. İyulun 15-də Xətai Sənət Mərkəzində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış "Ana yurdum" adlı diskin təqdimatı olacaq.


Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, təqdimat mərasimində bir sıra çıxışlar, gənc müğənni Aytən Məhərrəmovanın rəhbərlik etdiyi "Aypara" muğam üçlüyünün və tanınmış sənətçilərin ifaları eşidiləcək.

Tədbir çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi layihəsi ilə çap olunan nəşrlərin sərgisi təşkil olunacaq. Aytən Məhərrəmova və "Aypara" muğam üçlüyü haqqında məlumat verilən "Ana yurdum" diskinə xanəndənin 23 muğam, təsnif, xalq və bəstəkar mahnıları daxil edilib.


Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə gənc xanəndə Aytən Məhərrəmova və Vüsal Zamanov "Aypara" muğam qrupu ilə birgə martın 18-də Daşkənddə Azərbaycan-Özbəkistan dostluğuna həsr edilmiş konsert verib, Səmərqənd şəhərində çıxışları olub. İyulun 4-də Daşkənddə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətində də albomun təqdimatı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR