Alim Qasımov Almaniyada konsert verib

Alim Qasımov Almaniyada konsert verib
# 23 sentyabr 2014 09:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Xalq artisti Alim Qasımov Almaniyada konsert proqramı ilə çıxış edib.

A.Qasımovun mətbuat katibi Səadət Möhübovanın APA-ya verdiyi məlumata görə, xalq artisti Almaniyada beynəlxalq festivalda çıxış edib: “Alim müəllim Bakıya dünən qayıdıb. Festival dünyada nüfuzlu musiqi festivallarından biridir. Alim Qasımov həmin festivalda artıq üçüncü dəfədir iştirak edir. Azərbaycan musiqiçilərinin çıxışı çox yaxşı qarşılanıb və Alim müəllim növbəti səfərlər üçün dəvət alıb”.

S.Möhübova əlavə edib ki, A.Qasımovla yanaşı, konsertdə muğam ifaçısının qızı, əməkdar artist Fərqanə Qasımova da çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR