Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümü “Yeddi gözəl” baleti ilə açıb

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümü “Yeddi gözəl” baleti ilə açıb
# 22 sentyabr 2014 09:21 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümü Qara Qarayevin “Yeddi gözəl” baletinin nümayişi ilə açıb. Teatrdan APA-ya verilən məlumata görə, səhnə əsərinin dirijoru xalq artisti Cavanşir Cəfərov, quruluşçu baletmeysteri Estoniyanın əməkdar artisti Vasili Medvedyevdir. Tamaşada baş rolları xalq artistləri Gülağası Mirzəyev və Kamilla Hüseynova oynayıblar.

Qeyd edək ki, Qara Qarayevin “Yeddi gözəl” baleti Nizami Gəncəvinin 800 illik yubileyinə həsr edilib və ilk tamaşası 1952-ci ildə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR