Bakı. Cavid Zeynalov –APA. Azərbaycan Dövlət Musiqili Teatrı bu gündən teatr mövsümünü bağlı elan edəcək. Teatrdan APA-ya verilən məlumata görə, mövsüm Mark Kamalettinin rus dilində “Fransızsayağı qarnir” tamaşası ilə başa bağlı elan olunacaq. Tamaşanın rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Əsas rollarda Emil Heydərov, Mariya Lütvinenka, Svetlana Bulax çıxış edəcəklər.
Teatrdan APA-ya bildiriblər ki, sentyabrda yeni mövsüm “Arşın mal alan” tamaşası ilə açılacaq.