Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi Novosibirskə dəvət alıb

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi Novosibirskə dəvət alıb
# 08 iyul 2014 16:24 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi Novosibirskə dəvət alıb.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatı teatr kollektivini Novosibirskdə yaşayan azərbaycanlılarla görüşdürmək üçün Sibirə dəvət edib: “Azərbaycan Dövlət Musiqili Teatrı və “Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatı arasında yaradıcı əməkdaşlıq bu ilin aprel ayından başlanıb. Aprelin 16-da Novosibirsk vilayətinin Mədəniyyət Nazirliyi, Novosibirsk Dövlət Teatr İnstitutu və Novosibirsk şəhərindəki “Rus-Azərbaycan Evi”nin Bakıda keçirdiyi silsilə mədəniyyət tədbirlərini qeyd etmək olar. Bu tədbirlərdən biri də Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşasının Musiqili Teatrın səhnəsində nümayişi oldu”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR