APA-nın məlumatına görə, bayram tədbirində çıxış edən baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev Azərbaycan teatrının tarixi, bu günü və gələcək perspektivləri haqqında məlumat verib.
Tədbirin bədii hissəsindəki böyük tamaşa çərçivəsində Azərbaycanın bölgə teatrları ilə yanaşı, şəhər teatrlarının aktyorları kütləvi şəkildə səhnəyə çıxıb, müxtəlif məzmunlu tamaşalar nümayiş etdiriblər. Tamaşada teatr sənətinin bütün janrlarında - dram, musiqili komediya, faciə və başqa janrlarında səhnəciklər göstərilib, simfonik orkestrin müşayiəti ilə musiqilər səsləndirilib, rəqs kollektivləri çıxış ediblər.
Bayram konsertində eyni zamanda Azərbaycan teatrlarında səhnəyə qoyulan tamaşalarda - Viktor Hüqonun “Qadın məhəbbəti” tamaşasından Kraliçanın, İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşasından Ağabəyim ağa, Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşasında Qara Xaqan rolunda çıxış edən aktyorların geyimləri nümayiş olunub.
Tədbirin rejissoru xalq artisti Vaqif Əsədovdur.