Azərbaycanın görkəmli aktyoru Yaşar Nuri ilə vida mərasimi başa çatıb - FOTOSESSİYA

Azərbaycanın görkəmli aktyoru Yaşar Nuri ilə vida mərasimi başa çatıb - <span style="color: red;">FOTOSESSİYA
# 22 noyabr 2012 12:22 (UTC +04:00)

APA-nın xəbərinə görə, mərasimə qatılanlar arasında mərhumun yaxınları, sənət dostları, hökumət nümayəndələri, millət vəkilləri, pərəstişkarları olub. Vida tədbirində Yaşar Nurinin 60 illik yubileyində etdiyi çıxışın audio yazısı səsləndirilib. Çıxış alqışlarla qarşılanıb.

Mərasimdə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib. Elçin Əfəndiyev Yaşar Nurinin ölümünün Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük itki olduğunu deyib: “Belə sənətkarların əvəzləyicisi olmur”.

Nazir Əbülfəs Qarayev Yaşar Nurinin həyatının 50 ilə yaxınının yaradıcılıq yolu olduğunu deyib: “Baxmayaraq ki, Yaşar Nurinin səhhətində problemlər vardı, onun ölümü bizim üçün gözlənilməz oldu. Bu xəbər Azərbaycan xalqını sarsıtdı. Yaşar Azərbaycan səhnəsinin əvəzolunmaz, təkrarsız ifaçısı, sənət fədaisi idi. Ona görə bu qədər sevilir. O son ana qədər səhnə arzusu ilə yaşadı. Burada, onun cənazəsi önündə çıxış etmək çox ağırdır. Mən Yaşarın vəfatına görə Azərbaycan xalqına başsağlığı verirəm”.

Azərbaycan prezidenti İlham Əliyevin hazırda xaricdə rəsmi səfərdə olduğunu deyən nazir “Telefon əlaqəsi yaradaraq bu acı xəbəri çatdırdım. Azərbaycan prezidenti Yaşar Nurinin ailəsinə, bütün teatr ictimaiyyətinə başsağlığı verdi”, deyə bildirib.

Xalq artisti Firəngiz Mütəllimova Yaşar Nuri ilə səhnədə 34 il çiyin-çiyinə çalışdığını bildirib: “O mənim həyatda yeganə dayağım, sirdaşım idi. Yaşar tək səhnədə deyil, həyatda da mənə dayaq idi. Bu gün mənə çox ağırdır, mənim dayağım getdi. İndi mən Yaşarla bu səhnədə vida parçamı oynayıram”.

Kinorejissor Vaqif Mustafayev həm dostunu, həm böyük sənətkarı itirdiyini, bunun onun üçün çox ağır olduğunu deyib. Daha sonra Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, xalq artisti Rafiq Əzimov və başqaları çıxış ediblər.

Sənətkarın qızı Ülviyyə Nuriyeva vidaya toplaşanlara, Yaşar Nurini sevənlərə ailələri adından təşəkkür edib.

Vida mərasimi başa çatıb. Yaşar Nurinin cənazəsi Akademik Milli Dram Teatrının səhnəsindən alqışların müşayiəti ilə qaldırılıb.

Xalq artsti II Fəxri xiyabanda dəfn olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR