Bakıda fransız rəssam Bernar Buffenin fərdi sərgisi açılacaq

Bakıda fransız rəssam Bernar Buffenin fərdi sərgisi açılacaq
# 03 iyul 2014 09:20 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Heydər Əliyev Mərkəzində fransız rəssam Bernar Buffenin (1928-1999) fərdi sərgisi açılacaq.

APA-nın mərkəzin saytına istinadən verdiyi məlumata görə, sərgidə rəssamın müxtəlif janrlarda işlədiyi əsərlər nümayiş etdiriləcək.

Rəssam öz melanxolik, monoxrom portretləri ilə məşhurlaşıb. Bernar Buffenin ömrünün sonuna qədər hər il sərgisi keçirilib. 1973-cü ildə Yaponiyanın Suruqadaira şəhərində onun şəxsi muzeyi açılıb.

Qeyd edək ki, Bernar Buffe 1928-ci il iyunun 10-da Parisdə anadan olub. O, modernizmi salon incəsənəti ilə birləşdirən orijinal üslubun yaradıcısıdır. Parkinson xəstəliyindən əziyyət çəkən rəssam 71 yaşında intihar edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR