Dövlət Musiqili Teatrı “O olmasın, bu olsun” tamaşasını yeni tərkibdə təqdim edəcək

Dövlət Musiqili Teatrı “O olmasın, bu olsun” tamaşasını yeni tərkibdə təqdim edəcək
# 29 sentyabr 2014 12:39 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Musiqili Teatrı xalq artisti Cənnət Səlimovanın bir müddət əvvəl quruluş verdiyi “O olmasın, bu olsun” əsərinə yenidən müraciət edib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu dəfə əsas rolları ifa edən aktyorlar sırasına əməkdar artistlər Şövqi Hüseynov (Məşədi İbad), Səidə Şərifəliyeva (Gülnaz) və gənc vokalçı Amil Məmmədov (Sərvər) cəlb olunub.

Teatrdan bildiriblər ki, hazırda tamaşa üzərində məşqlər davam edir: “Cənnət Səlimova ilk dəfə tamaşaya quruluş verəndə Məşədi İbad rolunu xalq artisti Hacıbaba Bağırov ifa edib. 2008-ci ildə tamaşa yenidən bərpa olunanda, bu obrazı Ramiz Məmmədov oynayıb. Bu dəfə isə rolun üç namizədi var: əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev və Şövqü Hüseynov. Bundan başqa, operettanın daha bir əsas qəhrəmanı olan Gülnazı iki xanım ifaçı - əməkdar artist Səidə Şərifəliyeva və Gültac Əlili təqdim edəcəklər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR