Fotoqraflar Birliyinin nəzdində fotoqrafiya kursu fəaliyyətə başlayacaq

Fotoqraflar Birliyinin nəzdində fotoqrafiya kursu fəaliyyətə başlayacaq
# 21 avqust 2013 10:32 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Fotoqraflar Birliyinin nəzdində fotoqrafiya kursu fəaliyyətə başlayacaq. Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlunun APA-ya verdiyi məlumata görə, kurs altı aylıq fəaliyyət göstərəcək: “Bizə təşkilati dəstəyi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi verir. Fotoqrafiya kursu Azərbaycan və rus dillərində aparılacaq və kursu bitirənlərə xüsusi diplomlar veriləcək”.

M. Həsənoğlu bildirib ki, fotoqraflar nəşriyyat, internet, reklam, teatr, şou-biznes və s. sahələrdə tələb olunur: “Kurslarda əsas diqqət fotoqrafiyanın yaradıcı meyarlarına yönəldiləcək. Kursa nəzəri və praktiki hissələr, fotoqrafiyanın tarixi haqqında məruzələr, fototexnikanın əsasları, məşhur fotoqrafların əsərlərinə tamaşa və onların müzakirəsi daxildir”.

Sentyabrın 1-dən fəaliyyətə başlayacaq fotoqrafiya kursu başa çatdıqdan sonra seçilmiş əsərlərdən ibarət fotosərgi təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR