Gəncədə "Azərbaycan İncəsənət Festivalı - 2014" keçirilib

Gəncədə "Azərbaycan İncəsənət Festivalı - 2014" keçirilib
# 18 iyul 2014 08:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. İyulun 16-17-də Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycan İncəsənət Festivalı - 2014" ("Azerbaijan Art Festival 2014") adı altında müasir incəsənət sərgisi keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, regionlarda müasir incəsənət anlayışının aşılanması məqsədi ilə iyulun 1-dən başlayan festival bundan əvvəl Astara, Lerik, Yardımlı, Lənkəran, Bərdə və Goranboyda reallaşıb.

Tamaşaçılar Lalə Ağayeva, Asima Səmədli, Fəxri Abbasov, Səmra Axundova, Fərqanə Əliyeva, Vüsalə Ağaraziyeva, Fəridə Qarayeva, Lalə Hüseynova, Rasim Mahmudov, Elnur Həsənov, Pərviz Əsədov, Günel Ravilova, Anar Qəmbərli və başqa gənc rəssamların əsərlərinə maraq göstəriblər.


Sərgidə gənc sənətçilər ustad dərslər keçir, öz qabiliyyətlərini nümayiş etdirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR