İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı iddiası üzrə məhkəmə aprelin 5-də keçiriləcək - APA TV

İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı iddiası üzrə məhkəmə aprelin 5-də keçiriləcək - <span style="color: red;">APA TV
# 30 mart 2013 13:46 (UTC +04:00)

Bunu APA TV-yə İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva deyib.

Amma qarşı tərəf bundan xəbərsizdir. Nazpəri Dostəliyevanın vəkili Yunus Vəliyev bildirib ki, onlara prosesin vaxtı ilə bağlı heç bir məlumat verilməyib: " Martın 19 - da mən orderlə məhkəməyə getdim. Uzun müddət gözlədikdən sonra mənə dedilər ki , məhkəməni təxirə salırlar. İclasın vaxtı barədə əlavə məlumat veriləcək. O gündən sonra bizə daha heç nə bildirilməyib ".

Xalq artistləri arasında yaranan münaqişə barədə danışan vəkil bunları deyib: "Nazpəri Dostəliyeva efir vasitəsi ilə İlhamə Quliyevanın adını çəkməyib, buna görə də onlara qarşı irəli sürülən ittihamlar əsassızdır. Nazpəri xanım deyir ki, mən İlhamə Quliyevanı heç vaxt nə parodiya eləmişəm, nə təhqir eləmişəm, nə də şəxsiyyətinə aid hər hansı bir fikir söyləmişəm."

Xatırladaq ki, tərəflərin barışığa gələcəyi barədə mediada verilən xəbərlər təsdiqini tapmayıb. Bundan sonra İlhamə Quliyeva məhkəməyə müraciət edib. İ. Quliyevanın vəkili Şəfiqə Nağıyeva şikayət barədə danışaraq buna xalq artistinin şərəf və ləyaqətinin təhqir olunmasının səbəb olduğunu deyib: "İlhamə xanımın adı çəkilməsə də, efirdə parodiya olunan həmin hərəkətlər İlhamə xanıma aiddir. Bunu hamı kimi İlhamə xanım özü də bilir".

Qeyd edək ki, neçə müddətdir ki, xalq artistləri arasında qalmaqal yaşanır. İlhamə Quliyevanın şikayəti əsasında Nazpəri Dostəliyeva Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR