İsveçrədə Alim Qasımovun konserti keçirilib

İsveçrədə Alim Qasımovun konserti keçirilib
# 07 iyul 2014 07:41 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. İsveçrədə xalq artisti Alim Qasımovun konserti keçirilib. A. Qasımovun mətbuat katibi Səadət Möhübovanın APA-ya verdiyi məlumata görə, iyulun 6-da baş tutan konsert Montrö Beynəlxalq caz festivalı çərçivəsində təşkil edilib.

İyulun 19-dək davam edəcək festival günlərində əməkdar artistlər İsfar Sarabski və Rəşad Haşımovun rəhbərlik etdiyi “Rast” qrupunun, məşhur saksofon ifaçısı Meseo Parkerin birgə konsertləri, həmçinin əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq ritm” qrupunun çıxışları olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR