Kinooperator Valeri Kərimovun 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Kinooperator Valeri Kərimovun 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
# 28 may 2015 11:08 (UTC +04:00)

Fonddan APA-ya verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə təşkil olunub.

Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev, kinoşünas Aydın Kazımzadə çıxış edərək V. Kərimovun həyat və yaradıcılığı haqqında məlumat verib, onun Azərbaycan mədəniyyətindəki xidmətlərindən danışıblar.

Qeyd olunub ki, V. Kərimov kinooperator kimi 30-a qədər film çəkib. İlk böyük işi 1974-cü ildə çəkdiyi “Çarvadarların izi ilə” bədii televiziya filmidir.

Onun çəkdiyi filmlərin arasında müxtəlif janrda və mövzuda filmlər var. “Alma almaya bənzər”, “Yuxu”, “De ki, məni sevirsən”, “Qaladan tapılan mücrü”, “Arxadan vurulan zərbə”, “Qorxma, mən səninləyəm”, “Qızıl uçurum”, “Yarımçıq qalmış mahnı”, “Ötən ilin son gecəsi”, “Sürəyya” və s. ekran əsərləri V. Kərimovun operatorluğu ilə lentə alınıb.

Tədbirdə sənətkara həsr edilmiş fotosərgi, videoçarx və çəkdiyi filmlərdən fraqmentlər nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR