Lənkəran teatrında mövsümün son premyerası olub - FOTOSESSİYA

Lənkəran teatrında mövsümün son premyerası olub - <span style="color: red;">FOTOSESSİYA
# 18 iyun 2015 22:06 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, tamaşada bəşəriyyətin əbədi mövzularından olan atalar və uşaqların ailədaxili münasibətlərindən bəhs olunur. İdman məşqçisi Oleq ambisiyaları həyata keçməmiş bir insandır. Ailəsində uşağın dünyaya gəlməsi vaxtında onun arzu və istəklərinin reallığa çevrilməsinə bir növ maneə olub. Çünki Oleqin bütün qazancı övladının ehtiyaclarına sərf olunur. Oğlunun etinasız münasibətindən Oleq əzab çəkir. Bu əzabdan ata sevgisinə möhtac olan 16 yaşlı oğul Dimaya da az pay düşməyib.

Tamaşada xeyirxah və isti münasibətlərin zəngin olduğu bir atmosfer hökm sürür. Burada praktiki olaraq mənfi qəhrəman yoxdur. Hadisələrin gözlənilməz dəyişkənliyi tamaşaçını intizarla sonluğu gözləməyə, sevinc və həyəcan hisləri keçirməyə, çox hallarda ürəkdən gülməyə, bəzi məqamlarda isə kədərlənməyə vadar edir.

Tamaşaçıların böyük maraqla izlədikləri səhnə əsərinin quruluşçu rejissoru, respublikanın əməkdar artisti Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Əsas rolları xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Allahverən Babayev, Miraslan Ağayev, Zemfira Əhmədova, Qızılgül Quliyeva, Sayad Əliyev, Təranə Əzizova ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR