Lənkəranda teatr mövsümü sentyabrın 19-da açılacaq

Lənkəranda teatr mövsümü sentyabrın 19-da açılacaq
# 03 sentyabr 2014 12:01 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı sentyabrın 19-da xalq yazıçısı İlyas Əfəndiyevin “Qəribə oğlan” tamaşası ilə özünün 124-cü mövsümünə başlayacaq. Teatrın direktoru Tofiq Heydərovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, görkəmli yazıçının 100 illik yubileyinə həsr olunmuş bu tamaşanın quruluşçu rejissoru əməkdar artist Adil Zeynalov, rəssamı Ramazan Ağayev, bəstəkarı Zəminə Əliyevadır. Əsas rolları xalq artisti Qabil Quliyev, əməkdar artistlər Sücəddin Mirzəyev və Adil Zeynalov, aparıcı aktyorlar Zemfira Nəcəfova, Miraslan Ağayev, Aynur Əhmədova, Allahverən Babayev, Hikmət Cəfərov, Səyad Əliyev, Emin Fərzullayev və başqaları ifa edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR