Şəki I Beynəlxalq Teatr Festivalına “Kimdir müqəssir?” tamaşası ilə yekun vurulacaq

Şəki I Beynəlxalq Teatr Festivalına “Kimdir müqəssir?” tamaşası ilə yekun vurulacaq
# 16 sentyabr 2014 08:10 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Şəki I Beynəlxalq Teatr Festivalına sentyabrın 19-da Musiqili Teatrının “Kimdir müqəssir?” tamaşası ilə yekun vurulacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında səhnələşdirilib.

Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, rəssamı Nabat Səmədovadır. Rəqslərə xalq artisti Təranə Muradova və Qalina Semyonova quruluş verib. Tamaşada əməkdar artistlər Çingiz Əhmədov, Əkbər Əlizadə, aktyorlar Ələkbər Əliyev, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Ruslan Mürsəlov, Gültac Əlili, Nigar Qarayeva və başqaları çıxış edir.

Teatrın kollektivi “Kimdir müqəssir?” səhnə əsərini xalq artisti Lütfəli Abdullayevin 100 illik yubileyinə həsr edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR