Sentyabrın sonunda III Bakı Beynəlxalq Sərgi-Yarmarkası keçiriləcək

Sentyabrın sonunda III Bakı Beynəlxalq Sərgi-Yarmarkası keçiriləcək
# 03 sentyabr 2013 10:48 (UTC +04:00)

Bakı. Cavid Zeynalov-APA. 23-25 sentyabr tarixlərində III Bakı Beynəlxalq Sərgi-Yarmarkası keçiriləcək. APA-nın məlumatına görə, sərgi-yarmarka Heydər Əliyevin 90 illik yubileyinə həsr olunacaq. Sərgidə ölkə nəşriyyatlarında, eləcə də xarici nəşriyyatlarda nəşr olunan kitablar, poliqrafiya məhsullarını nümayiş ediləcək. Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, sərgi-yarmarkada iştirak edəcək ölkələrin siyahısı dəqiqləşdirilir və sentyabrın 15-nə kimi həmin ölkələrin adları, təmsil olunan nəşriyyatlar elan olunacaq. III Bakı Beynəlxalq Sərgi-Yarmarkasında nəşriyyatlar çap etdikləri kitabları satmaq, iştirakçı xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı əldə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR