Strasburqda "Qobustan kölgələri" baleti nümayiş etdirilib

Strasburqda "Qobustan kölgələri" baleti nümayiş etdirilib
# 20 sentyabr 2014 08:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Strasburqda "Qobustan kölgələri" baleti nümayiş etdirilib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Qobustan Milli Tarix-Bədii Qoruğunun tanıdılması məqsədilə Fransada keçirilən “Qobustan həftəsi” çərçivəsində həmçinin sərgi də təşkil olunub.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Bəstəkar Fərəc Qarayevin müəllifi olduğu "Qobustan kölgələri" baleti müasir azərbaycanlıların ulu əcdadlarının min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrinin musiqi vasitəsilə tanıdılması məqsədi daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR