Berezovskinin ölümdən əvvəl qabırğasının sındığı müəyyənləşib

Berezovskinin ölümdən əvvəl qabırğasının sındığı müəyyənləşib
# 28 mart 2013 10:55 (UTC +04:00)

APA-nın “LifeNews”a istinadən yaydığı məlumata görə, bu barədə maqnatın ailəsinə yaxın mənbələr bildiriblər. Bununla belə Berezovskinin bədənində zərbə və qançır izləri aşkarlanmayıb.

Polis orqanları da Berezovskinin üzərində zorakılıq əlamətlərinin aşkarlanmadığını, mərhumun boğulma nəticəsində öldüyünü bildirir. İlkin məlumata görə, biznesmenin dəfn mərasimi altı həftədən tez baş tutmayacaq. Polis bütün istintaq hərəkətləri başa çatdıqdan sonra dəfnə icazə verəcək. Oliqarxın harada dəfn olunacağı da dəqiqləşməyib. Berezovskinin yaxınları intihar versiyasını qəbul etmirlər. Mərhumun dostu, biznesmen Mixail Çernoy bildirib ki, Berezovski ona ölümündən bir neçə gün əvvəl ona İsrailə səfər etməyə hazırlaşdığını deyib. Digər iş adamı Nikolay Qluşkov da bu məlumatı təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR