Sərənişin qatarında 13 nəfər diri-diri yanıb

Sərənişin qatarında 13 nəfər diri-diri yanıb
# 01 avqust 2008 10:21 (UTC +04:00)
Dehli-APA. Hindistanın cənubunda yerləşən Andra Pradeş ştatında hərəkətdə olan qatarda baş verən yanğın nəticəsində 13 nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, yaralılardan üçünün vəziyyəti ağırdır. Hadisə zamanı alov qatarın bir neçə vaqonunu bürüyüb. Rəsmi şəxslər yanğının ilkin səbəbləri ilə bağlı açıqlama verməyiblər. Yerli KİV-in məlumatına görə, yanğın qısaqapanmadan baş verib. Yaralılar artıq xəstəxanaya yerləşdiriliblər. Hadisə yerində ekspertlər işləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR