Qaldırıcı kran uşaq bağçasının binasının üzərinə aşıb, 5 uşaq ölüb

Qaldırıcı kran uşaq bağçasının binasının üzərinə aşıb, 5 uşaq ölüb
# 10 oktyabr 2008 16:21 (UTC +04:00)
Pekin-APA. Çinin Şandun vilayətində qaldırıcı kranın aşması nəticəsinə 5 azyaşlı uşaq həlak olub. APA-nın məlumatına görə, Tszıbo şəhərində tikintidə çalışan kran yaxınlıqdakı uşaq baxçasının üstünə düşüb. Nəticədə 5 uşaq ölüb, 2 uşaq yaralanıb. Hadisə zamanı uşaq bağçasında 100-ə yaxın uşaq olub. İlkin məlumata görə, kran texniki təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbilə aşıb. Polis tikinti şirkətinin bir neçə əməkdaşını həbs edib, faktla bağlı təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR