Hindistanda baş verən yanğında 23 nəfər həlak olub

Hindistanda baş verən yanğında 23 nəfər həlak olub
# 11 aprel 2009 10:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. Hindistanın Maxaraştra ştatının Parola şəhərində yerləşən pirotexnika fabrikində baş vermiş yanğın zamanı 23 nəfər həlak olub, 48 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. APA-nın məlumatına görə, yanğın aprelin 10-da yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 16:30-da) «Savitri Fire Works» fabrikində baş verib.
Yanğının səbəbləri hələ də məlum deyil, polis araşdırmalar aparır. Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, fabrik yerli rayon bələdiyyəsinin başçısına məxsusdur.
Yanğın zamanı həlak olanların arasında fabrikdə qeyri-qanuni işləyən 6 azyaşlı uşaq olub. Xəsarət alanlar Parola və qonşu Dxula şəhərlərinin xəstəxanalarına yerləşdirilib, onlardan 10-nun vəziyyəti ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR