Bağdadda törədilən silsilə terror aktları nəticəsində 112 nəfər ölüb, 180 nəfər yaralanıb

Bağdadda törədilən silsilə terror aktları nəticəsində 112 nəfər ölüb, 180 nəfər yaralanıb
# 08 dekabr 2009 12:22 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ilk partlayış Texnologiya Universitetinin qarşısında baş verib.

Bir neçə dəqiqə sonra isə Daxili İşlər Nazirliyi, Əmək Nazirliyi və Bağdad mərkəzi bazarının qarşısında 4 minalanmış avtomobilin işə salınması yolu ilə partlayış törədilib.

Terror aktları nəticəsində ən azı 112 nəfər ölüb, 180 nəfər yaralanıb.

Hələlik terror aktına görə heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR