Rusiya xarici işlər nazirinin müavini: “İrana silah satışının dayandırılmasına heç bir əsas yoxdur”

Rusiya xarici işlər nazirinin müavini: “İrana silah satışının dayandırılmasına heç bir əsas yoxdur”
# 23 dekabr 2009 14:59 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev – APA. Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Baradovkin İrana silah satışının dayandırmasına heç bir əsas olmadığını deyib. APA-nın “Farsnews”a istinadən verdiyi məlumata görə, A. Baradovkin bildirib ki, bu məsələnin heç bir beynəlmiləl qaydalara və məhdudiyyətlərə adiyatı yoxdur: “Rusiya dövləti İrana hərbi silahların satışını dayandırmağı və bu barədə bağlanmış müqavilələrin ləğvini düşünmür”. Rus diplomatı “GS 300” raketlərinin İrana satışı barədə bir müddət bundan qabaq 800 milyon dollarlıq müqavilə bağladıqlarını deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR