İranda keçmiş hökumət sözçüsü 6 il müddətinə azadlıqdan məhrum edilib

İranda keçmiş hökumət sözçüsü 6 il müddətinə azadlıqdan məhrum edilib
# 24 dekabr 2009 14:50 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev – APA. Tehranın 15 saylı İnqilab Məhkəməsində sabiq prezident Məhəmməd Hatəminin dövründə hökumət sözçüsü olan islahatçı siyasətçi Abdulla Ramazanzadəyə hökm oxunub. APA-nın “FARSNEWS”a istinadən verdiyi məlumata görə, A. Ramazanzadə dövlət əleyhinə təxribatlarda və sabitliyi pozmaqda günahkar bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. A. Ramazanzadənin təmsil etdiyi “Müşarikət” təşkilatı onun zaminə buraxılması üçün 800 min dollar girov qoyub. Bunun müqabilində məhkəmə A. Ramazanzadəni 4 gün müddətinə azadlığa buraxıb. O, 4 günlük zəmanət müddəti bitdikdən sonra cəzaçəkmə müəssisəsinə qaytarılacaq.

Qeyd edək ki, A. Ramazanzadə iyunun 12-də keçirilən seçkilərdən sonra həbs edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR