Mahmud Əhmədinejad: “Təkliflərimiz qəbul edilməsə, İran uranı zənginləşdirməyə başlayacaq”

Mahmud Əhmədinejad: “Təkliflərimiz qəbul edilməsə, İran uranı zənginləşdirməyə başlayacaq”
# 25 dekabr 2009 09:45 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, fövqəldövlətlər Tehranın təklifini qəbul etmədikləri təqdirdə İran 20 faizlik uranı zənginləşdirməyə başlayacaq. APA-nın İRİBNEWS-a istinadən verdiyi məlumata görə prezident İranın ABŞ-ın təcavüz və hədə-qorxu siyasətinə təslim olmayacağını və uranı zənginləşdirmək prosesini davam edəcəyini, bunun üçün ölkənin lazımi imkanlara malik olduğunu bildirib. M. Əhmədnejad qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nizamnaməsi buna tam imkan verir. İran prezidenti ABŞ və müttəfiqlərinin İranda nüvə silahı istehsal olunacağı ilə bağlı iddiaları əsassız adlandırıb: “Bizim Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təqdim etdiyimiz bütün sənədlər göstərir ki, İranın nüvə proqramı dinc məqsədlərə xidmət edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR