Hindistanda körpünün uçması nəticəsində 45 nəfər ölüb

Hindistanda körpünün uçması nəticəsində 45 nəfər ölüb
# 26 dekabr 2009 09:47 (UTC +04:00)
Bakı – APA. Dekabrın 25-də Hindistanın Pacastan ştatında Çambal çayı üzərində inşa olunan körpünün uçması nəticəsində 45 nəfər ölüb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisənin səbəbləri barədə məlumat verilməsə də, ölənlərin əksəriyyətinin körpünü tikən fəhlələr olduğu bildirilir.

Qeyd edək ki, inşasına 2007-ci ildə başlanan körpünün tikintisini Cənubi Koreyanın “Hyundai Engineering & Construction Co” və yerli podratçı şirkət olan “Gammon India” aparıb. Hindistan hökuməti şirkətlərə ölən fəhlələrin hər birinin ailəsinə 1 milyon rupi kompensasiya ayırmaq barədə göstəriş verib. Bundan başqa, federal büdcədən də hər fəhlənin ailəsinə 100 min rupi ayrılacaq.

Baş verən hadisə ilə əlaqədar “Hyundai Engineering & Construction Co” şirkəti “Gammon India” şirkətini məhkəməyə verib. Koreya şirkəti “Gammon India”-dan kompensasiya almaq niyyətindədir. Belə ki, “Hyundai” qəzanın baş verməsində yerli podratçını günahlandırır. “Hyundai” körpünün məhz “Gammon India” şirkətinin cavabdeh olduğu hissəsinin uçduğunu iddia edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR