İranda 60 Qərb təşkilatının fəaliyyəti dayandırılıb

İranda 60 Qərb təşkilatının fəaliyyəti dayandırılıb
# 05 yanvar 2010 07:37 (UTC +04:00)
Həmin qurumların arasında ABŞ, İsrail, Böyük Britaniya və Almaniyanın müxtəlif institutları, mərkəzləri, o cümlədən Soros, Karnegi, “Yeni Amerika”, “İranda demokratiya” fondları var. İran vətəndaşlarının və hüquqi şəxslərin bu təşkilatlarla istənilən əlaqəsi, onlardan maliyyə vəsaiti alması bundan sonra qanunsuz sayılacaq.

Bundan başqa, İran hökuməti bir sıra Qərb kütləvi informasiya vasitələrinin də müxalifəti dəstəklədiyini və ölkədəki qarışıqlığı qızışdırdığını bildirir. Bu sırada “Amerikanın səsi”, “Azadlıq” radioları, BBC, İsrail radiosu, “Rəngərəng” adlı peyk televiziyası və bir sıra saytların adları çəkilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR