Çində kömür mədənində baş verən yanğında 12 nəfər həlak olub

Çində kömür mədənində baş verən yanğında 12 nəfər həlak olub
# 09 yanvar 2010 08:21 (UTC +04:00)
Yerli mətbuatın məlumatında bildirilir ki. Myaoşan mədənində yanğın yanvarın 9-da axşam başlayıb. Yanğının torpaq altında mühasirəyə aldığı şaxtaçıların axtarışı bütün gecə boyu davam edib.

Artıq faciənin səbəbləri aydınlaşıb. Yanğına yeraltı elektrik naqillərində baş vermiş qısaqapanma səbəb olub.

Qeyd edək ki, Çinin kömürçıxarma sənayesi dünyada ən təhlükəlilərdən sayılır. Bəzi məlumatlara görə, hər il ÇXR-də bu sahədə çalışan 7 min nəfər ölür.

Təkcə 2010-cu ilin əvvəllərindən müxtəlif şaxtalarda baş vermiş bədbəxt hadisələrdə 40 nəfər həyatını itirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR