İranda 6 nəfər edam edilib

İranda 6 nəfər edam edilib
# 09 yanvar 2010 18:44 (UTC +04:00)
Edam olunanlar narkotik vasitələrin ticarətində günahlandırılırlar. Onlar İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) geyimindən istifadə edərək cinayət törədən qrupa daxildirlər. Məlumatda o da bildirilir ki, təqsirləndirilən şəxslər İİKK komandanlığının əmrlərini saxtalaşdırıb, həmçinin korpusun saxta vəsiqələrini hazırlayaraq istifadə ediblər. Narkotik ticarəti ilə yanaşı, onlar silah satışı ilə də məşğul olublar.

Narkotik ticarətçilərinin şəbəkəsinin ifşası zamanı hüquq-mühafizə orqanları tonlarla narkotik vasitə, habelə silah və xeyli sayda saxta sənəd müsadirə ediblər.

Qeyd edək ki, İran ölüm hökmü tətbiq etdiyinə görə ciddi tənqidlərə məruz qalır. 2009-cu ildə İranda ən azı 270, 2008-ci ildə isə 246 nəfər asılıb.

Öz növbəsində, İran rəsmiləri bəyan edirlər ki, ölüm hökmü ictimai asayişin qorunması baxımından vacibdir və yalnız ciddi araşdırmalardan sonra tətbiq edilir.

İran qanunlarına görə, qətl, zorlama, silahlı qarət, narkotik ticarəti, habelə həyat yoldaşına xəyanət əməlləri ölüm hökmü ilə cəzalandırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR