ABŞ məhkəmənin BƏƏ şeyxinə bəraət verməsindən narahatdır

ABŞ məhkəmənin BƏƏ şeyxinə bəraət verməsindən narahatdır
# 12 yanvar 2010 11:23 (UTC +04:00)
Bakı. Ayaz Abdulla – APA. ABŞ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) məhkəməsinin işgəncə ilə bağlı ittiham olunan hakim ailənin üzvünə çıxardığı bəraət qərarına yenidən baxılmasına çağırıb. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ dövlət departamentinin rəsmisi PJ Krouli bildirib.
Qeyd edək ki, məhkəmə araşdırmalardan sonra Əfqanıstan vətəndaşına verilən işgəncələrlə bağlı Şeyx İssa Zayed al-Nahyana qarşı irəli sürülmüş ittihamları onun üzərindən götürüb.
“Birləşmiş Ştatlar məsələyə yenidən dəqiq baxılmasını alqışlayacaq”, - deyə ABŞ Dövlət Departamenitinin rəsmisi vurğulayıb.
Əlavə edək ki, Amerika televiziyalardan biri ötən il Əfqanıstan vətəndaşının BƏƏ-də vəhşicəsinə döyülməsi haqda video material yayımlayıb.
Video materialda Şeyx Nahyanın Məhəmməd Şapur adlı şəxsə axşam vaxtı səhrada işgəncə verdiyi, onu döydüyü, silahı ona tərəfə yönəltdiyi və maşını üstünə sürdüyü açıq-aydın görünür. Bununla belə, məhkəmə yanvarın 10-da çıxardığı qərarla bu işdə bağlı beş nəfəri günahkar saysa da, BƏƏ prezidenti Şeyx Xəlif bin Zayedinin ögey qardaşı Şeyx Nahyana bəraət qazandırıb. “Şeyx narkotik vasitələrin təsiri altında olub”, - deyə şeyx Nahyanı müdafiə edən vəkil vurğulayıb.
Belə bir hadisə BƏƏ-nin hakim ailə üzvləri arasında aparılan ilk istintaq işidir.
Hadisə ilə əlaqədar ABŞ Dövlət Departamentinin rəsmisi deyib ki, BƏƏ cəmiyyətinin bütün üzvləri qanun qarşısında bərabər olmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR