Əfqanıstanda iki ABŞ əsgəri öldürülüb

Əfqanıstanda iki ABŞ əsgəri öldürülüb
# 13 yanvar 2010 11:06 (UTC +04:00)
Bakı. İbad Bağırov-APA. Əfqanıstanda 2 amerikalı əsgər öldürülüb. APA-nın məlumatına görə, bu gün Əfqanıstanın şərqində əl qumbarasının partladılması nəticəsində 2 ABŞ əsgəri dünyasını dəyişib. NATO hərbi komandanlığı bu faktı təsdiqləyib. Qeyd edək ki, iki gün bundan əvvəl Əfqanıstanın cənubunda Taliban silahlıları və NATO qüvvələri arasındakı atışma zamanı koalisiya qüvvələrinin 6 əsgəri öldürülüb. Ümumiyyətlə NATO qüvvələri yanvar ayında Əfqanıstanda 17 nəfər itki veriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR