Hindistanda dini festival zamanı 7 nəfər həlak olub

Hindistanda dini festival zamanı 7 nəfər həlak olub
# 14 yanvar 2010 10:39 (UTC +04:00)
Bakı. Ziya Ağazadə-APA. Hindistanın Qərbi Benqal ştatında hər il keçirilən ənənəvi dini festival zamanı kütləvi insan axını nəticəsində 7 nəfər həlak olub.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, festivalın keçirildiyi şəhərə qayıqlarla gələn və Qanq çayında müqəddəs ritualları qeyd edən 20-dən çoxu yerli əhali yaralanıb.

Qeyd edək ki, hər il qış ayında keçirilən qadın və uşaqların da qatıldığı bu dini festival zamanı yerli əhali müqəddəs ibadətgahlara baş çəkir və sonda Qanq çayında çimirlər. İnanclara görə, bu yolla onlar günahlarını yumuş olurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR