Yəmən silahlıları alman girovlara görə 2 milyon dollar tələb edirlər

Yəmən silahlıları alman girovlara görə 2 milyon dollar tələb edirlər
# 14 yanvar 2010 14:30 (UTC +04:00)
Bakı. Ayaz Abdulla – APA. Yəmən silahlıları 2009-cu ilin iyun ayında götürdükləri alman ailəsinə görə 2 milyon dollar tələb ediblər. APA-nın “Spiegel” jurnalına istinadən verdiyi məlumata görə, bir ailənin 5 üzvü Yəmənin Saada əyalətinin Dşabbara (Dschabbara) rayonunun ərazisində girov saxlanılır. Həmin ərazidə, əsasən hökumətə qarşı silahlı mübarizə aparan və hökumətin faktiki nəzarətində olmayan Huti (Huthi) şiə tayfası yaşayır. Girovlara görə iki milyon dollardan başqa, silahlılar sərbəst keçid, təqib olunmamaq və İslamın radikal – vəhhabilik cərəyanı hakim olan Səudiyyə Ərəbistanına təhvil verilməməyi tələb ediblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti Huti tayfasının qiyamlarını dəf etmək üçün Yəmən hökumətinə dəfələrlə yardım etməklə Dşabbara vilayətinə havadan raket zərbələri endirib. Ər-Riyadda hesab edirlər ki, Huti tayfası Səudiyyə Ərəbistanına Yaxın və Orta Şərqdə rəqib olan İrandan hərbi yardım almaqla bir müddətdən sonra “Yəmənin hizbullahı”na çevriləcək.
Əlavə edək ki, alman girovlara dair uzun müddət heç bir məlumat olmayıb, lakin 2009-cu ilin dekabr ayında üç alman uşağın iştirakı ilə video yazı əldə olunub. Uşaqların valideynləri, Almaniya vətəndaşları Yoxannes H. (Johannes H.) və onun həyat yoldaşı Sabinaya gəldikdə isə, indiyə kimi onlara dair heç bir dəqiq məlumat yoxdur. Saksoniya ailəsindən başqa, silahlılar İngiltərə vətəndaşını da girov saxlayırlar.
Xatırladaq ki, 9 xarici vətəndaşdan ibarət qrup ötən il iyunun 12-də qaçırılıb. Bir neçə gündən sonra 3 girov qadının cəsədi tapılıb - bunlar 34 yaşlı koreyalı, ikisi isə almaniyalı Anita Q. (Anita G.) və Rita C.-dır (Rita S.). Qadınların qaçmağa cəhd edərkən öldürüldüyü güman edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR