Türkiyə baş naziri Səudiyyə Ərəbistanına səfər edib

Türkiyə baş naziri Səudiyyə Ərəbistanına səfər edib
# 18 yanvar 2010 20:54 (UTC +04:00)
Bakı-APA. Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş enerji sammitindən geriyə dönən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan, yolüstü Səudiyyə Ərəbistanına gəlib. APA-nın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Ərdoğanı Ər-Riyad hava limanında Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Səud əl Feysal qarşılayıb. Səudiyyə Ərəbistanı ziyarətində Tayyib Ərdoğanı Türkiyə enerji və təbii qaynaqlar naziri Tanər Yıldız, dövlət naziri Zəfər Çağlayan, maliyyə naziri Mehmet Şimşək müşayiət edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR