İranın Xoy şəhərinin prokuroru qətlə yetirilib - FOTO

İranın Xoy şəhərinin prokuroru qətlə yetirilib - <font color=red>FOTO</font>
# 19 yanvar 2010 07:17 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Xoy şəhərinin prokuroru öldürülüb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Xoyun prokuroru Vəlihacı Quluzadə yanvarın 18-də saat 20.00 radələrində evinin qarşısında naməlum şəxslər tərəfindən güllələnib. O, yerindəcə dünyasını dəyişib.

Xoy şəhərinin polis rəisi Xosrov Gülməhəmmədinin sözlərinə görə, V. Quluzadəni naməlum şəxslər “Peugeot” markalı maşından odlu silahdan atəş açmaqla qətlə yetirərək hadisə yerindən qaçıblar. Hadisəni terror aktı adlandıran polis rəisi cinayətkarların axtarışına başlandığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR