Şri-Lankada prezident seçkiləri keçirilir

Şri-Lankada prezident seçkiləri keçirilir
# 26 yanvar 2010 00:25 (UTC +04:00)
Bakı-APA. 26 illik qanlı vətəndaş müharibəsinin ötən il başa çatdığı Şri-Lanka əhalisi bu gün ölkə prezidentinin seçir.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, çərşənbə axşamı keçirilən prezident seçkilərində iştirak etməli olan seçicilərin ümumi sayı 14 milyon nəfərdən çoxdur. Seçkilərin keçirilməsi üçün ümumilikdə 11 min seçki məntəqəsi təşkil olunub.
Seçkilər müharibədən öncə ev-eşiklərini tərk etmiş və demək olar ki, hamısının qayıtdığı Şimal əyalətində də keçiriləcək.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə müxtəlif partiyalardan 22 namizədin prezidentlik kürsüsü uğrunda mübarizə aparmasına baxmayaraq, əsas yarışma hazırkı prezident, 64 yaşlı Maxinda Racapaksa və müxalifətdən olan namizəd, silahlı qüvvələrin keçmiş komandanı, hazırda istefada olan general Saratx Fonseka arasında gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR