Merkeldən İrana xəbərdarlıq: «Vaxtınız qurtarır»

Merkeldən İrana xəbərdarlıq: «Vaxtınız qurtarır»
# 27 yanvar 2010 00:44 (UTC +04:00)
Bakı-APA. Almaniyada səfərdə olan İsrail prezidenti Şimon Peresin Almaniya federal kansleri Angela Merkellə görüşündə əsas müzakirə mövzuları İran və Yaxın Şərq olub. APA-nın məlumatına görə, Merkel beynəlxalq ictimaiyyətin İrana çox təmkinli davranaraq Tehrana davamlı güzəştə getdiyini, lakin nəticə almadığını vurğulayıb.

İrana «vaxtınız qurtarır» deyə səslənən Merkel iqtisadi təsir metodlarını gündəmə gətirmək vaxtının çatdığını qeyd eləyib. O «məncə fevral ayında, Fransanın BMT TŞ-də sədrliyi vaxtında bu mövzu gündəmə gətiriləcək. Biz Fransanı dəstəkləyirik, bu səbəbdən fevral bu proses baxımından həyəcanlı bir ay olacaq», deyə bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR