İranda zəvvarları aparan avtobus aşıb, xəsarət alanlar var

İranda zəvvarları aparan avtobus aşıb, xəsarət alanlar var
# 01 aprel 2010 07:37 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranda Kərbəla ziyarətindən gələn avtobus Həmədan əyalətində aşıb. APA-nın “İribnews”a istinadən verdiyi məlumata görə, içində 40 zəvvar olan avtobusun aşmasına sürətlə idarə olunma və yolun sürüşkən olması səbəb olub. Həmədan əyalətinin yol polisinin rəisi bildirib ki, hadisə zamanı çoxlu sayda yaralananlar var. Yaralılar təcili yardım maşınlarının köməyi ilə Həmədan şəhər xəstəxanalarına yerləşdirilib. Hadisə zamanı ölənlərin olub-olmaması barəsində məlumat verilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR