Tailandda siyasi qarşıdurma şiddətlənir

Tailandda siyasi qarşıdurma şiddətlənir
# 06 aprel 2010 00:27 (UTC +04:00)
Bakı-APA. Tailand hökumətinin turist mərkəzi Banqkokun küçələrini minlərlə qırmızı köynəkli nümayişçilərdən təmizləmək üçün xahişini ölkənin Mülki Məhkəməsi rədd edib. APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, devrilmiş Baş Nazir Taksin Şinavatraya sadiq və hökumət əleyhinə olan qırmızı köynəklilər Banqkokun turist və ticarət mərkəzini artıq üçüncü gündür ki, iflic vəziyyətdə saxlayır. Nümayişçilər küçələrdə tıxaclar yaradıb və təhlükəsizlik səbəbləri üzündən bahalı mağazaların bağlı qalmasına səbəb olub.

Qırmızı köynəkli nümayişçilər hətta bazar ertəsi günorta qısa müddətə seçki komissiyasinın ofislərini də əhatəyə alıb. Qrup komissiyadan təminat aldıqdan sonra dağılışıb. Təminatda deyilir ki, komissiya baş nazir Abhisit Veccacivanın partiyasının maliyyələşdirilməsinin siyasi baxımdan qeyri-qanuni olması barədə ittihamları araşdıracaq. Bazar günü milli televiziya vasitəsilə çıxışında cənab Abhisit qırmızı köynəkli nümayişçiləri Tailandın konstitusiyasını pozmaqda günahlandırıb.

55000 qırmızı köynəklidən ibarət izdiham şənbə günü hökuməti dərhal yeni seçkı keçirməyə məcbur etmək məqsədilə ərazidə toplaşmağa başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR