Bağdadda baş verən terror aktlarında ölənlərin sayı 34-ə çatıb

Bağdadda baş verən terror aktlarında ölənlərin sayı 34-ə çatıb
# 06 aprel 2010 15:46 (UTC +04:00)
Bağdad-APA. Bağdadda baş verən partlayışlarda ölənlərin sayı 34 nəfərə çatıb. APA-nın məlumatına görə, terror aktları nəticəsində yüzdən artıq insan yaralanıb. Xatırladaq ki, terrorçular dörd bombanı yaşayış binalarında, daha ikisi binaların yanında partladılıb. Partlayışlardan biri Bağdadın mərkəzindəki populyar restoranlardan birində gerçəkləşdirilib. Terror aktı nəticəsində bina yerlə-yeksan olub. Bu, Bağdadda son iki gündə gerçəkləşdirilən son irimiqyaslı terror aktıdır. Bazar günü xarici səfirliklərin qarşısında gerçəkləşdirilən terror aktları nəticəsində 42 nəfər ölüb, 200-dən artıq insan isə yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR